Reklam brendin, məhsulun və ya xidmətin ödənişli tanıtımı olmaqla brend kapitalı yaratmaqda önəmli investisiyadır.
Böyük firmalar təxminən gəlirlərinin 2% -ni reklamlara xərcləyir. Dərman sənayesi, pərakətdə və s. sektorlarda fəaliyyət göstərən firmalar gəlirlərinin daha böyük hissəsini reklama ayırır. Bu qədər böyük reklam büdcələri ilə şirkətlər reklama xərclədikləri pulun effektivliyini öyrənmək istəyir.
Hər hansı reklam kampaniyasını hazırlamaqdan və həyata keçirməmişdən öncə kampaniyanın məqsədi müəyyən etmək vacibdir. Reklam brend süzgəcinin müxtəlif mərhələlərinə təsir göstərmək üçün istifadə oluna bilər. Məsələn tanınmanı artırmaq, istifadəni artırmaq və s. Nəticədə reklamın effektivlik göstəricisi kimi brend süzgəcinin müxtəlif mərhələlərindəki dəyişikliklərə baxılmalıdır.
Araşdırma haqqında
Reklam üçün kəmiyyət araşdırmaları iki qrupa bölünür:
- Reklam əvvəli araşdırma (pre-ad)
- Reklam sonrası araşdırma (post-ad)
Reklam əvvəli araşdırmalarda brend süzgəcinin bütün elementləri sonradan yenidən ölçülmə məqsədi ilə qiymətləndirilir. Bundan əlavə reklamdan əvvəlki spontan və xatırladılan brend assosiasiyaları reklamın brend qavrayışını dəyib-dəyişmədiyini öyrənmək üçün qiymətləndirilir.
Reklam sonrası araşdırmalar həm reklam əvvəli araşdırmalarda ölçülmüş brend elementlərinin və qavrayışının yenidən ölçülməsini həm də bir sıra digər göstəricilərin qiymətləndirilməsini əhatə edir.
Reklamın test olunması üçün bəzən keyfiyyət araşdırma metodlarından da istifadə edilir. Əsasən fokus qrup metodu ilə reklam kontentinin, mesajının və dizaynının reklam məqsədlərinə uyğunluğu qiymətləndirilir.
Araşdırmanın məzmunu və əsas faydaları
Reklam araşdırması əsasən aşağıdakı istiqamətləri əhatə edir:
- Reklamın xatırlanma və tanınma səviyyəsi
- Reklamın hədəf kütləyə çatma dərəcəsi (reach)
- Reklamda verilən mesajın qəbul edilməsi
- Brend qavrayışı və reklamın təsiri
- Brend assosiasiyaları və reklamın təsiri
- Reklamın alışa təsiri
- Konversiya
- Reklama qarşı müştəri reaksiyaları və s.