Brendiniz ən önəmli aktivlərinizdəndir. Bizim peşəkar brend araşdırmalarımız sektorunuzda ən yaxşı olmağa - dəyər yaratmağa, loyallıq yaratmağa və böyüməyə kömək edəcək.
Hər bir firmanın ən dəyərli qeyri-maddi aktivlərindən biri onun brendidir. Belə ki, brendin dəyərinin lazımi qaydada idarə olunması marketinqin ən önəmli vəzifəsidir.
Bizneslər üçün əsas çağırış müştərilərin məhsul, xidmət və marketinq proqramları ilə müsbət təcrübə yaşamasını təmin edərək brend üçün arzuolunan düşüncələr, hislər və biliklər yaratmaqdır.
Araşdırma haqqında
Bimpact tərəfindən təklif olunan Brend Kapitalı Araşdırması mövcud bazarda ən dərin və əhatəli brendinq araşdırmasıdır. Bu araşdırma demək olar ki, brend kapitalının bütün aspeklərini əhatə etməklə həm ən vacib brend ölçülərini müəyyən etmək, həm də istehlakçı düşüncələrini aşkar etmək üçün dizayn olunmuşdur. Ümumi struktur və ölçülərə əlavə olaraq, araşdırma sektorun və bazarın xüsusiyyətlərindən, müştərinin ehtiyac və tələblərindən asılı olaraq sifarişçiyə özəl hazırlanır. Araşdırma dizaynı dəqiq ölçülərin və nəticələrin alınmasına, rəqiblərlə və bazarla bençmarkinqə, təkmil statistik analiz metodlarının tətbiqinə, eləcə də marketinq və biznes analizlərinin aparılmasına imkan yaradır.
Araşdırmanın məzmunu və əsas faydaları
Brend kapitalını müxtəlif nəzər nöqtələrindən ölçmək mümkündür. Ən geniş yayılmış yanaşmalardan biri brendin müştəri (həm fərdi, həm də biznes) nöqteyi-nəzərindən ölçülməsidir. Bu yanaşmaya görə brendin gücü müştərilərin brend haqqında gördükləri, oxuduqları, eşitdikləri, öyrəndikləri, düşündükləri və hiss etdiklərindən ibarətdir.
Brend kapitalı araşdırması aşağıdakı brend komponentlərdən və brend ölçülərindən ibarətdir.
- Marka fərqindəliyi (brand awareness)
- Marka seçimi və seçim amilləri
- Marka qavrayışı
- Marka imici
- Brend assosiasiyaları
- Müştəri məmnuniyyəti
- Loyallıq
- Brend mövqelənməsi
- Dəyər təklifi
- Seqmentasiya
- Brend dəyəri
- Brend performansı və bənzəri brendinq ölçüləri.